Bakıdakı DÇ-nın qalibləri – Rusiya, ABŞ, Britaniya

22 Noyabr 2021 02:00 Digər növlər 500
Bakıdakı DÇ-nın qalibləri – Rusiya, ABŞ, Britaniya

Bakıda təşkil olunan batut gimnastikası üzrə 35-ci dünya çempionatı başa çatıb.

Sportinfo.az xəbər verir ki, çempionata komandalar arasında çoxnövçülük yarışı ilə yekun vurulub.

Komandalar arasında çoxnövçülük yarışında rəqiblərini üstələyən Rusiya komandası birinci yerə yüksəlib. ABŞ millisi ikinci, Böyük Britaniya təmsilçiləri isə üçüncü olub.

Azərbaycan komandası dünya çempionatında 1 medal qazanıb - tamblinqçi Mixail Malkin gümüş medal qazanıb.

Yarışda 33 ölkədən 266 gimnast 51 medal uğrunda mübarizə aparıb. Onlardan 160-ı batut, 63-ü tamblinq, 43-ü isə ikili mini-batut yarışlarında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu