Nazir Bakıdakı DÇdan danışdı: "Artıq 4-cü dəfədir ki…"

18 Noyabr 2021 11:20 Digər növlər 380
Nazir Bakıdakı DÇdan danışdı: "Artıq 4-cü dəfədir ki…"

Bakıda batut gimnastikası üzrə dünya çempionatının açılış mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, Milli Gimnastika Arenasında ilk olaraq iştirakçı ölkələrin bayraqları səhnəyə gətirilib.

Azərbaycanın Avropa çempionu, dünya yaş qrupları yarışların qalibi Mixail Malkin idmançılar adından bütün qaydalara riayət edəcəklərinə, həmçinin yarışın dopinqsiz keçəcəyinə dair and içib.

Məşqçilər və hakimlərin andından sonra Avropa Gimnastikasının prezidenti, gənclər və idman naziri Fərid Qayıbova söz verilib.

Nazir ilk növbədə qonaqları və idmançıları salamlayıb. O, Prezident və Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin siyasəti nəticəsində ölkədə bir sıra irimiqyaslı beynəlxalq yarışların keçirildiyini xatırladıb:

"Azərbaycanda müxtəlif idman qurğularının mövcud olması, təşkilatçılıq təcrübəsi və bizə məxsus vətənpərvərliyi tədbir iştirakçıları həmişə müsbət qiymətləndirib.

Artıq 4-cü dəfədir ki, gimnastika üzrə dünya çempionatı keçiririk. Daha əvvəl iki dəfə bədii gimnastika, bir dəfə aerobika üzrə belə yarışlar təşkil olunub.

Hamısı da yüksək səviyyədə baş tutub. İnanıram ki, bu mundial da istisna olmayacaq. Azərbaycan Gimnastika Federasiyasına və qurumun prezidenti Mehriban Əliyevaya yarışı təşkil etdikləri üçün təşəkkür edirəm".

Qayıbov dünya çempionatını Azərbaycana həvalə etdiyi üçün Beynəlxalq Gimnastika Federasiyasına (FIG) da minnətdarlığını bildirib:

"Əməyi olan hər kəsə və könüllülərə təşəkkür edirəm, idnançılara uğurlar arzulayıram. İnanıram ki, ölkəmizdə keçirdikləri hər gün onlar üçün maraqlı olacaq".

FIG-in prezidenti Morinari Vatanabe yarışın təşkilatçılarına təşəkkür edib və gimnastlara uğurlar arzulayıb.

Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra mundial açıq elan olunub. Dünya çempionatı noyabrın 21-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı