
Azərbaycanlı UFC döyüşçüsü Nazim Sadıxov qarşılaşmaq istədiyi rəqibi açıqlayıb.
Sportinfo.az xəbər verir ki, 31 yaşlı idmançı instaqram hesabında ABŞ-dan olan Maks Holloueylə üz-üzə gəlmək istədiyini yazıb.
“Ən böyük arzum Maks Holloueylə döyüşməkdir. Ümid edirəm ki, o, təqaüdə çıxmadan bu döyüş baş tutar. Bəlkə də BMF kəməri uğrunda?”, - deyə Sadıxov bildirib.
Nazim Sadıxov iyulun 21-də Bakıda təşkil olunan UFC turnirində braziliyalı Nikolas Mottaya nokautla qalib gəlib.
Onun MMA karyerasında keçirdiyi 13 döyüşdə 11 qələbə, 1 heç-heçə və eyni sayda məğlubiyyəti var. Maks Hollouey isə 34 görüşün 26-da qələbə qazanıb, 8-də uduzub. O, yarım yüngül çəkidə sabiq kəmər sahibidir.