Rafael məşhur braziliyalını döyüşə çağırdı - FOTO

11 İyul 03:40 Digər növlər 749
Rafael məşhur braziliyalını döyüşə çağırdı - FOTO

Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev braziliyalı Çarlz Oliveyranı döyüşə çağırıb.

Sportinfo.az xəbər verir ki, Fiziyev "X" sosial şəbəkəsində məşhur "MMA Orbit" səhifəsinin Oliveyra ilə bağlı yazısına reaksiya verib.

O, səhifənin braziliyalı döyüşçünün noyabr-dekabr aylarında oktaqona qayıtmağı planlaşdırdığı ilə bağlı xəbərini repost edib. Fiziyev bir neçə emoji ilə Çarlzla döyüşmək istəyində olduğunu ifadə edib.

Rafael Fiziyev 17 MMA döyüşü keçirib və 13 qələbə qazanıb. Sabiq kəmər sahibi Çarlz Oliveyra isə 46 döyüşdə 35 dəfə qələbəyə sevinib.

Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 19:30 Çək və bizə göndər!