Azərbaycanı onlar təmsil edəcək

24 İyul 2024 03:40 Cüdo 895
Azərbaycanı onlar təmsil edəcək

Paris-2024 Paralimpiya Oyunlarında 3 paracüdoçumuz mübarizə aparacaq.

Sportinfo.az xəbər verir ki, belə ki, Fransanın paytaxtında qadın paracüdoçularımızdan Xatirə İsmiyeva (J1, +70 kq) və Dürsədəf Kərimova (J2, +70 kq), kişilərdə isə İlham Zəkiyev (J1, +90 kq) tatamiyə çıxacaq.

Dürsədəf Kərimova və İlham Zəkiyev dünya reytinqindəki mövqelərinə əsasən Paris-2024 Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Xatirə İsmiyevaya isə Milli Paralimpiya Komitəsi tərəfindən göndərilən sorğu əsasında Beynəlxaq Paralimpiya Komitəsindən Paralimpiadada iştirak hüququ (“bipartite”) verilib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi