Çempionlar Liqası: Turun ən yaxşısı adına namizədlər

29 Oktyabr 2020 15:18 Çempionlar Liqası 565
Çempionlar Liqası: Turun ən yaxşısı adına namizədlər

Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turundan sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Sportinfo.az xəbər verir ki, ən yaxşı adına “Atalanta”dan Duvan Zapata, PSJ-dən Moyze Kin, “Mançester Yunayted”dən Markus Reşford və “Atletiko”dan Joao Feliks namizəd göstərilib.

Reşford qrup mərhələsinin II turunda Almaniya “Leyptsiq”inə 5:0 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib. Moyze Kin İstanbulda "Başakşehir"i 2:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada dubla imza atıb.

Feliş Avstriya "Zaltsburq"unu 3:2 üstələdikləri matçda iki qol vurub, Zapata isə İtaliyada Niderland "Ayaks"ı ilə oyunda dubl edib.

Qalib qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?