Mahirin komandası son dəqiqələrdə "soyuq duş" aldı - VİDEO

20 Avqust 2023 09:00 Bizimkilər 1 692
Mahirin komandası son dəqiqələrdə "soyuq duş" aldı - VİDEO

Millimizin forvardı Mahir Emrelinin formasını geyindiyi “Dinamo”(Zaqreb) Çempionlar Liqasının təsnifat mərhələsində uduzub.

Sportinfo.az xəbər verir ki, Zaqreb təmsilçisi AEK-in qonağı olub.

Son dəqiqələrə hesabda 2:0 öndə daxil olan, pley-off mərhələsinə vəsiqə qazanmağa yaxın zaqreblilərin istəyi reallaşmayıb.

AEK ilk görüşdə də qalib gəldiyindən pley-off mərhələsinə adlamağa haqq qazanıb. Emreli bu matçda meydana buraxılmayıb.

Onun komandası avrokuboklardakı mübarizəsini Avropa Liqasında davam etdirəcək. "Dinamo"nun pley-off mərhələsindəki rəqibi "Sparta"(Praqa) olacaq.

AEK – “Dinamo”(Zaqreb) 2:2
Qollar
: Araxuo 90+2, Vida 90+ 11 – Şutalo 45+2, Lyubiçiç 65

Digər Xəbərlər
Xəbər Lenti