Diniyevin yerdəki problemləri, yaxud onun kosmosda nə işi var?

27 Yanvar 15:00 Səbail 1 442
Diniyevin yerdəki problemləri, yaxud onun  kosmosda nə işi var?

AFFA-nın baş katibi Sərxan Hacıyevin Tovuza qəfil səfəri «Turan»ın «qanının arasına girdi».

Mövsümün hakimlik sarıdan ən bəxtigətirən iştirakçısı olan «Səbail» bu qərb rayonundan əliboş döndü.

Əksər həmkarlarından fərqli olaraq, Rauf Allahverdiyev özünü «Səbail»ə borclu kimi hiss etdirmədi. Referi bir-iki epizod xaricində səhvə yol vermədi, nəticəyə mənfi təsir göstərmədi.

Şahin Diniyevin məibuat konfransında danışmağa sözü qalmamışdı. Nə danışsın, komandası meydanda varlıq-hallıq nümayiş etdirmədi, miskin bir oyun sərgilədi.

Nümyaiş etdirdikləri «oyun»dan utanmayan Diniyev mətbuata «ilişdi», «sabah yazsalar ki kosmosa uçmuşam, mən buna təəccüblənməyəcəm» ifadəsini işlətdi.

Bu sözü deyən məşqçi necə biridir, «Kəpəz»də hamı gördü. 2017-ci ilin payızında hansı səbəblər üzündən Gəncəni tərk elədi, o da yaddaşlardadır.

Diniyev sübut edə bilmədi ki, klubda baş vermiş külli miqdarda maxinasiyalara qarışacağı olmayıb. İddiaların böyük qismi onun üzərində qaldı.

Hörmətli Şahin bəy hələ getsin bu ləkələri üst-başından təmizləsin, sonra kosmosa uçar.

İndilərdə isə onun yerdə bundan qat-qat vacib işləri var, onları həll eləməlidir. Oğlu Kərimin ona yaşatdığı problemdən, həmin olayın klubun, komandanın gündəlik işinə törətdiyi əngəllərdən xəbərdarıq.

Diniyev özünü heç nə olmamış kimi göstərməsin. İş-işdən keçib, ox yaydan çıxıb, haranısa yaralayıb.

Allah heç kimə göstərməsin!

Camaat çörəyi qulağına yemir. Diniyev kosmosdan-zaddan danışıb iz azdırmasın, getsin, üzləşdiyi problemi ortadan qaldırsın.

Bunu edə bilməsə… Yaxşı bilir ki, onu da, Kərimi də nə gözləyir!

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı