O, qalacaq? - Komanda Premyer Liqanı tərk edəcəyi halda

01:30 İngiltərə 34
O, qalacaq? - Komanda Premyer Liqanı tərk edəcəyi halda

“Vest Hem”in yarımmüdafiəçisi Mateus Fernandes yay transfer pəncərəsində “Mançester Yunayted” üçün əsas hədəflərdən birinə çevrilib.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Bildirilir ki, 21 yaşlı futbolçuya bir neçə klub maraq göstərir və onların arasında “qırmızı şeytanlar” da var.

“Vest Hem” portuqaliyalı yarımmüdafiəçini satmaq istəməsə də, komandanın Premyer Liqanı tərk edəcəyi halda futbolçunun ayrılması ehtimalı yüksəlir.

“Vest Hem” hazırda 36 xalla Premyer Liqada turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. Komanda düşmə zonasındadır.

Fernandes cari mövsümdə bütün turnirlərdə 39 oyunda iştirak edib, 5 qol vurub və 4 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti