Avropa Liqasının hazırlığına başlayan yığmaya 26 oyunçu çağırıldı

6 May 04:10 Voleybol 587
Avropa Liqasının hazırlığına başlayan yığmaya 26 oyunçu çağırıldı

Qadınlardan ibarət Azərbaycan millisi Avropa Liqasının hazırlığına start verib.

Sportinfo.az xəbər verir ki, ilk olaraq fiziki hazırlıq üzrə çalışmalar həyata keçirən komanda bu gündən etibarən Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində geniş heyətlə əsas hazırlıq mərhələsinə başlayıb.

Təlim-məşq prosesinə ümumilikdə 26 voleybolçu cəlb olunub. Yığmaya baş məşqçi Faiq Qarayev rəhbərlik edir.

Hazırlıq proqramına əsasən, komanda Bakıda və ölkə xaricində təlim-məşq toplanışlarında olacaq, həmçinin bir sıra yoxlama oyunları keçirəcək.

Avropa Liqasında millimizin ilk oyunları iyunun 5-7-də Bakıda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 14:00 Sındırmaq belə olur!