Rafael Bakıda Torreslə üz-üzə gələcək

08:20 Digər növlər 57
Rafael Bakıda Torreslə üz-üzə gələcək

Bakıda keçiriləcək UFC turnirinin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gələcək.

Sportinfo.az xəbər verir ki, idmançılar yüngül çəkidə münasibətlərə aydınlıq gəticəklər.

İkinci əsas döyüşdə isə azarkeşləri ulduz döyüşçü Şarabutdin "Shara Bullet" Maqomedov (Rusiya) ilə "dağıdıcı" döyüş tərzi ilə tanınan Miçel Pereyra (Braziliya) arasında yüksək səviyyəli orta çəki qarşılaşması gözləyir.

Rafael Fiziyev (13-5, Bakı, Azərbaycan) hazırda yüngül çəki divizionunda 11-ci pillədə qərarlaşıb və doğma arenada qələbə qazanaraq çempionluq mübarizəsinə dönməyi hədəfləyir.

Onun rəqibi isə Meksikanın Tijuana şəhərindən olan, UFC-dəki bütün qələbələrini nokautla qazanan və 100 faiz finiş göstəricisinə sahib Manuel "Loco" Torresdir (17-3).

Bu il "UFC Fight Night" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti