Premyer Liqa çempionluğu ilə bağlı yeni proqnoz verdi - Superkompüter

21:40 İngiltərə 84
Premyer Liqa çempionluğu ilə bağlı yeni proqnoz verdi - Superkompüter

“Opta” analitik superkompüteri İngiltərə Premyer Liqasında çempionluq uğrunda mübarizə ilə bağlı ehtimalları yeniləyib.

35-ci turun nəticələrindən sonra vəziyyət xeyli dəyişib.

“Arsenal” öz meydanında “Fulhem” üzərində 3:0 hesablı inamlı qələbə qazanıb. “Mançester Siti” isə “Everton”la 3:3 hesablı heç-heçə edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, yenilənmiş proqnozlara əsasən, “Arsenal”ın çempionluq şansı 86,35 faizə yüksəlib.

“Mançester Siti”nin çempionluq ehtimalı isə 13,65 faiz olaraq qiymətləndirilir.

Hazırda Premyer Liqada 35 oyundan sonra 76 xalla turnir cədvəlinə “Arsenal” başçılıq edir. “Mançester Siti” isə 34 matçda 71 xal toplamaqla 2-cidir.

“Şəhərlilər” qalan oyunlarda “Brentford”, “Kristal Pelas”, “Bornmut” və “Aston Villa” ilə qarşılaşacaq. “Topçular” isə “Vest Hem”, “Bernli” və “Kristal Pelas”la üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti