Karyerasını Premyer Liqada davam etdirmək niyyətindədir - Onunla əlaqə saxladılar

18:20 İngiltərə 124
Karyerasını Premyer Liqada davam etdirmək niyyətindədir - Onunla əlaqə saxladılar

“Barselona”nın sabiq baş məşqçisi Xavi Hernandes karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək istəyir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Çelsi” artıq ispaniyalı mütəxəssisin nümayəndələri ilə əlaqə saxlayıb.

Bildirilir ki, Xavi bu təklifi qəbul etməyə hazırdır. Bununla belə, o, hazırda londonluların qısa siyahısında əsas namizəd sayılmır.

Klub ilk növbədə Xabi Alonso, Marko Silva və Andoni İraola variantlarını nəzərdən keçirir.

“Çelsi” qısa müddət komandanı çalışdıran Liam Rosenyorla yollarını ayırıb. London təmsilçisi Premyer Liqada 35 turdan sonra 48 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti