Kişilərdən ibarət Azərbaycanın voleybol millisi Avropa Liqasına hazırlıqlara start verib.
Sportinfo.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təlim-məşq prosesi keçən komandanın heyətinə 17 oyunçu cəlb olunub.
Yığma Avropa Liqasında yeni baş məşqçi təyin olunmuş Boris Qrebennikovun rəhbərliyi ilə mübarizə aparacaq.
Hazırlıq proqramına əsasən, milli Bakıda və ölkə xaricində təlim-məşq toplanışları keçəcək, həmçinin bir sıra yoxlama oyunlarında qüvvəsini sınayacaq.
Avropa Liqasında millimizin ilk oyunları 5-7 iyun tarixlərində İsveçdə keçiriləcək.

