Daha bir klubun transfer hədəfinə çevrildi - Markus Reşford

7 May 00:10 İngiltərə 609
Daha bir klubun transfer hədəfinə çevrildi - Markus Reşford

“Mançester Yunayted”dən icarə əsasında “Barselona”da çıxış edən hücumçu Markus Reşfordun gələcəyi ilə bağlı yeni transfer iddiası ortaya çıxıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Arsenal” yay transfer pəncərəsi öncəsi ingiltərəli futbolçunun vəziyyətini yaxından izləyir.

“Barselona” 28 yaşlı hücumçu üçün tələb olunan 30 milyon avronu ödəmək istəmədiyi, “qırmızı şeytanlar”ın isə güzəştə getməyə hazır olmadığı bildirilir.

O, bu mövsüm Kataloniya təmsilçisinin heyətində 46 oyuna çıxıb, 13 qol vurub və 14 məhsuldar ötürmə verib.

Reşfordun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?