”Təkcə onun qiyməti “Qarabağ”ın bütün heyətinin dəyərindən üç dəfə çoxdur”

”Təkcə onun qiyməti “Qarabağ”ın bütün heyətinin dəyərindən üç dəfə çoxdur”

“Qarabağ” pley-off mərhələsində iştirak edən bütün komandalar arasında ən ucuz heyətə malikdir.

“Nyukasl”da təkcə Sandro Tonalinin qiyməti “Qarabağ”ın bütün heyətinin dəyərindən üç dəfə çoxdur”.

Sportinfo.az xəbər verir ki, bunu belaruslu futbol mütəxəssisi Nikolay İvanov deyib.

O, Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl” ilə qarşılaşan Ağdam klubunu autsayder adlandırıb:

“Kadr potensialı baxımından fərq böyükdür. “Qarabağ”ın “Liverpul”la matçı buna sübutdur.

Yalnız “Nyukasl”ın hansısa problemləri olarsa, “Qarabağ” növbəti mərhələyə keçə bilərdi. “Qarabağ”la oyunlar arasında “Mançester Siti” ilə matçlar, ardından isə digər çətin rəqiblər olacaq.

“Nyukasl” bu dönəmdə əsas diqqəti daxili yarışlara yönəldəcək. Çünki “Qarabağ”ı yarımcan heyətlə də keçmək mümkündür”.

Digər Xəbərlər
Xəbər Lenti