“Çelsi”nin hücumçusu Liam Delap yay transfer pəncərəsində klubdan ayrıla bilər.
Sportinfo.az “CaughtOffside”-a istinadən xəbər verir ki, London klubu ingiltərəli futbolçunu satmaq variantını nəzərdən keçirir.
“Nyukasl”, “Brayton”, “Sanderlend” və “Everton” onu transfer etməkdə maraqlıdır.
Delap endirimli qiymətlə əlçatan olsa, onun transferi ilə yenidən “Mançester Yunayted” də maraqlana bilər.
O, “Çelsi”yə 2025-ci ildə, “İpsviç”dən 35 milyon avro qarşılığında keçib və müddəti 30 iyun 2031-ci ilə qədər olan müqavilə imzalayıb.
23 yaşlı forvard cari mövsümdə bütün yarışlarda 24 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə verib.

