Bakıda "Qarabağ"a 4 qol vuran hücumçu ÇL-də həftənin ən yaxşısı seçildi

19 Fevral 19:20 Çempionlar Liqası 318
Bakıda "Qarabağ"a 4 qol vuran hücumçu ÇL-də həftənin ən yaxşısı seçildi

Çempionlar Liqasında pley-off mərhələsinin ilk matçlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.

Sportinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu ada "Nyukasl"ın üzvü Entoni Qordon layiq görülüb.

İngiltərəli vinger UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğuda rəqibləri olan Dezire Due (PSJ), Patrik Şik ("Bayer") və Kasper Hoqunu ("Bodo /Qlimt") qabaqlamağı bacarıb.

Qordon "Nyukasl"ın Bakıda "Qarabağ"a 6:1 hesabı ilə qalib gəldiyi matçda 4 qol müəllifi olaraq komandasının qələbəsində əsas pay sahibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti