Xabi Alonso “Real”dan qovulduqdan bəri, artıq bir aydan çoxdur ki, işsizdir. Son günlər mətbuat onun klub daxilindəki gərginlik səbəbindən “Marsel”in təklifini rədd etdiyi barədə məlumat yayıb.
Sportinfo.az “Goal”-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı üçün perspektivdə “Liverpul”da iş imkanı görünür.
Mersisaydlıların hazırkı çalışdırıcısı Arne Slotun mövqeyi təhlükədə olmasa da, mövsümün sonunda nəticələr uğursuz olarsa, Alonso “Enfild”ə baş məşqçi kimi qayıda bilər.
“Liverpul” hazırda İngiltərə Premyer Liqasında turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

