"Hazırda əsas narahatlığımız onunla bağlıdır”

"Hazırda əsas narahatlığımız onunla bağlıdır”

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Nyukasl"ın baş məşqçisi Eddi Hau heyətdəki zədəli futbolçuların son durumunu açıqlayıb.

Sportinfo.az xəbər verir ki, mütəxəssis bəzi futbolçuların kubok matçında komandaya kömək edə bilməyəcəklərini bildirib:

"Hazırda əsas narahatlığımız Bruno Gimaraeşlə bağlıdır. Onun zədəsinin nə dərəcədə ciddi olduğunu və hansı müddətə kənarda qalacağını müəyyənləşdirmək üçün müayinələrin tam nəticəsini gözləyirik.

Lyuis Mayli də bud nahiyəsindən aldığı zərbə və əzələ zədəsi səbəbindən bizə kömək edə bilməyəcək.

Digər tərəfdən, Joelintonun bərpa prosesi çox yaxşı gedir və qayıdışı uzaqda deyil. Tino Livramento isə artıq yaşıl meydanda məşqlərə başlayıb və martın əvvəlində tam hazır olacağını gözləyirik".

"Qarabağ" və "Nyukasl" arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Fevral 20:00 Çək və bizə göndər!
15 Fevral 08:50 Liqa klubunda ayrılıq