“Uduzmağımıza səbəb kimi bunu bəhanə gətirmək doğru olmaz”

20 Fevral 19:00 Qəbələ 815
“Uduzmağımıza səbəb kimi bunu bəhanə gətirmək doğru olmaz”

“Əlbəttə, ard-arda oyunlar olanda fiziki baxımdan müəyyən çətinliklər yaranır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ“nin müdafiəçisi Eduardo Kunde deyib.

“Qırmızılar“ Premyer Liqanın son iki turunda məğlubiyyətlə üzləşib. “Neftçi”yə səfərdə, doğma rayonda “Sabah“a 0:1 hesabıyla uduzublar.

Maraqlıdır, bunda sıx qrafikdə oynamağın rolu var?

Almaniyalı legioner yorğunluq ehtimalını yaxına buraxmayıb:

“Ancaq bunu bəhanə gətirmək doğru olmaz. Peşəkar futbolçularıq, hər bir vəziyyətə hazır olmalıyıq.

Buna görə uduzduğumuzu deyə bilmərəm. Bu rəqiblər bizi aşkar üstələsəydi, o cür düşünmək olardı.

Lakin meydanda bərabərsəviyyəli futbol var idi. Bəxtimiz heç gətirmədi”.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM