"Turan" Tovuzda UNEC-i üstələdi - Yüksək Liqada XIV tura yekun vuruldu

04:50 Voleybol 95
"Turan" Tovuzda UNEC-i üstələdi - Yüksək Liqada XIV tura yekun vuruldu

Voleybol üzrə qadınlar arasında Azərbaycan Yüksək Liqasında XIV tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, günün ilk matçında "Turan" Tovuzda UNEC kollektivini 3:0 (25:10, 25:18, 25:14) hesabı ilə üstələyib.

Ardınca isə "Murov Az Terminal" "Milli Aviasiya Akademiyası" komandasını 3:2 (22:25, 22:25, 26:24, 25:20, 15:10) hesabı ilə məğlub edib.

Turun dünən baş tutan görüşlərində "DH Volley" "Gənclər"ə 3:0, "Abşeron" isə "Azərreyl"ə 3:2 hesabı ilə qalib gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!