“Qalatasaray”ın qələbəsindən sonrakı paylaşımı gündəm oldu - FOTO

“Qalatasaray”ın qələbəsindən sonrakı paylaşımı gündəm oldu - FOTO

Türkiyənin sabiq səhiyyə naziri Fahrettin Koca “Qalatasaray”ın “Yuventus” üzərində 5:2 hesablı qələbəsindən sonra sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib.

Sportinfo.az xəbər verir ki, o, paylaşımında İtaliyanın Baş naziri Corciya Meloninin təəccüblə üzünü əlləri ilə örtdüyü fotodan istifadə edərək, “Tarixi qələbə: “Qalatasaray” 5 – “Yuventus” 2” sözlərini yazıb.

Yumoristik üslubda edilən paylaşım qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb. İtaliya Baş nazirinin fotosuna istinad edilməsi paylaşımın daha da diqqət çəkməsinə yol açıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Fevral 23:30 Çək və bizə göndər!