FİFA prezidenti Canni İnfantino Çempionlar Liqasında “Benfika” ilə “Real” arasında keçirilən oyunda baş verən qalmaqala münasibət bildirib.
Qarşılaşma zamanı Madrid klubunun hücumçusu Vinisius Junior irqçi təhqirlərə məruz qalıb.
Sportinfo.az FİFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, qurumun rəhbəri hadisədən ciddi şəkildə sarsıldığını gizlətməyib:
“Mən şok oldum. Bu hadisə məni çox məyus etdi. Cəmiyyətimizdə rasizmə (irqi ayrı-seçkilik) yer yoxdur. Müvafiq tədbirlərin görülməsi üçün hər şeyi etmək lazımdır”.
Komandalar arasında keçirilən pley-off mərhələsinin ilk oyunu “kral klubu”nun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada yeganə qolu məhz Vinisius Junior vurub. Tərəflər arasındakı cavab matçı fevralın 25-də, İspaniyada keçiriləcək

