Misli Premyer Liqasının 21-ci turu çərçivəsində keçirilən “Sumqayıt” - “Qəbələ” qarşılaşmasında (0:0) maraqlı anlar yaşanıb.
Sportinfo.az xəbər verir ki, matçın start fitindən cəmi 2 dəqiqə sonra meydan sahibləri küncdən zərbə zamanı hesabı açmağa çox yaxın olub.
Aleksa Yankoviçin korner vuruşundan sonra “Sumqayıt”ın legioneri Ronaldo Vazkezin başla qapıya ünvanladığı təhlükəli zərbəni “qırmızı-qaralar”ın gənc qapıçısı Rza Cəfərov fantastik reaksiya ilə dəf edib.
“Neftçi”dən icarəyə götürülmüş kiper barmaqlarının ucu ilə topu qapının “doqquzluq” adlanan küncündən çıxararaq, komandasını erkən qoldan xilas edib.

