30 milyon avro qarşılığında transfer şərtinin göstərilməsinə peşmandır

00:10 İngiltərə 87
30 milyon avro qarşılığında transfer şərtinin göstərilməsinə peşmandır

“Mançester Yunayted” hücumçusu Markus Reşfordun “Barselona”ya tam transfer olunması ehtimalı ilə bağlı narahatdır.

Sportinfo.az “Daily Star”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” icarə müqaviləsində 30 milyon avro qarşılığında transfer şərtinin göstərilməsinə peşmandır.

İngiltərə klubu hesab edir ki, Reşfordun real bazar dəyəri ən azı 57 milyon avrodur.

Həmçinin, “Mançester Yunayted”də gələcək baş məşqçinin Reşfordu heyətdə görmək istəyə biləcəyi fikri mövcuddur.

“Barselona” Reşfordu ötən yay icarəyə götürüb. İngiltərəli forvard kataloniyalıların heyətində bütün turnirlər daxil olmaqla 34 oyuna çıxıb, 10 qol vurub və 13 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 03:10 AFFA-da sədr dəyişdi