“Qalatasaray”la matçdan gözləntilərim möhtəşəmdir”

“Qalatasaray”la matçdan gözləntilərim möhtəşəmdir”

“Yuventus”un baş məşqçisi Luçano Spaletti Çempionlar Liqasının pley-off mərhələsində “Qalatasaray”a qarşı keçiriləcək ilk oyun öncəsi fikirlərini bölüşüb. Komandalar bu gün İstanbulda üz-üzə gələcək.

Sportinfo.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı bu matçla bağlı gözləntilərinin möhtəşəm olduğunu bildirib:

“Bu matçla bağlı gözləntilərim möhtəşəmdir. “Yuventus” məsuliyyəti tam öz üzərinə götürməlidir. İstənilən şübhə və ya tərəddüd rəqib tərəfindən dərhal sənin əleyhinə istifadə olunacaq”.

Cavab matçı fevralın 25-də Turində keçiriləcək.

Bu gün pley-off mərhələsində daha üç qarşılaşma keçiriləcək: “Monako” – PSJ, “Borussiya” (Dortmund) – “Atalanta” və “Benfika” – “Real”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti