“Liverpul” “Yuventus”un yarımmüdafiəçisi Kefren Türamı transfer etmək imkanını nəzərdən keçirir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə təmsilçisi qarşıdakı transfer pəncərəsində 24 yaşlı futbolçu üçün addım ata bilər.
Ancaq Turin klubu onu satmaq niyyətində deyil və yaxın vaxtlarda ona yeni müqavilə təklif etməyi planlaşdırır.
“Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, Türamın bazar dəyəri 40 milyon avro təşkil edir. Onun “Yuventus”la müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.
Fransalı yarımmüdafiəçi cari mövsümdə 32 oyunda meydana çıxaraq, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.

