“Güclü qapıçı idi, mən ona həmişə heyran qalırdım”

18:40 İngiltərə 110
“Güclü qapıçı idi, mən ona həmişə heyran qalırdım”

“Mançester Siti”nin qapıçısı Canluici Donnarumma komandanın sabiq qolkiperi Co Hartı xatırlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçu bunu söyləyib:

“Hart güclü qapıçı idi, mən ona həmişə heyran qalırdım. Onunla “Torino”da olarkən A Seriyasında görüşmək və ona qarşı oynamaq şansım oldu.

Hart “Mançester Siti”də tarix yazdı, o, həqiqətən də əla qapıçı idi və böyük zirvələrə çatdı”.

Donnarumma bu mövsümün əvvəlində PSJ-dən “Mançester Siti”yə keçib. Hart isə 2024-cü ilin yayında futbolçu karyerasını bitirib və onun son klubu “Seltik” olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti