“Qarabağ”ı 40 qoldan qurtardı, ÇL-də “TOP-3-lüy”ə düşdü

“Qarabağ”ı 40 qoldan qurtardı, ÇL-də “TOP-3-lüy”ə düşdü

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Çempionlar Liqasında inamlı oyunu ilə seçilən qapıçılar arasındadır.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı futbolçu yarışın Liqa mərhələsi və final mərhələsinin “pley-off”undakı qurtarışlarının sayınl 40-a çatdırıb.

O, dünən “Qarabağ” - “Nyukasl” matçında (1:6) 10 dəfə seyv edib.

Beləliklə, Koxalski bu göstəricidə 3-cü yerə yüksəlib. ÇL-in TOP-3-lüyündə birinci yeri Nikita Haykin (“Bodo/Qlimt”, 52 seyv) və Tibo Kurtua (“Real”, 44 seyv tutur).

Digər Xəbərlər
Xəbər Lenti