“Dedim ki, əgər bunu eşitmək istəyirlərsə, masaya nə qoymaq lazım olduğunu bilsinlər”

“Dedim ki, əgər bunu eşitmək istəyirlərsə, masaya nə qoymaq lazım olduğunu bilsinlər”

Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olacaq “Ferensvaroş”un baş məşqçisi Robbi Kin “Ludoqorets”lə maçtdan sonra mətbuat konfransı keçirib.

Sportinfo.az xəbər verir ki, 45 yaşlı mütəxəssis növbəti mərhələdəki rəqibi “Qarabağ”la bağlı sualı da cavablandırıb.

Robbi Kin “köhlən atlar”la “pley-off” qarşılaşmasının asan olmayacağını deyib:

“İndi bu qələbəmizdən (3:0) həzz almalıyıq. Çünkü növbəti oyunlar bizim üçün məyusedici ola bilər.

Amma mən uşaqlara dedim ki, əgər Çempionlar Liqası himnini eşitmək istəyirlərsə, masaya nə qoymaq lazım olduğunu bilsinlər. Hər kəs yaxşı bilir ki, bu səviyyədə hansı uğur üçün mübarizə aparılır.

Mən artıq orada oynamışam, necə bir hiss olduğunu bilirəm. İstəyirəm ki, onlar da bu hissi yaşasınlar”.

“Qarabağ”ın “Ferensvaroş”la ilk oyunu avqustun 19-da Budapeştdə, cavab matçı isə avqustun 27-də Bakıda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti