
Xəbər verdiyimiz kimi, Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Sportinfo.az xəbər verir ki, Türkiyə təmsilçisi “Fənərbaxça” doğma meydanda Niderlandın “Feyenoord” klubunu qəbul edib.
İlk matçda rəqibinə 1:2 hesabı ilə uduzan meydan sahibləri məğlubiyyətin əvəzini çıxa bilib.
Rotterdam təmsilçisinə 5:2 hesabı ilə qalib gələn “Fənərbaxça” adını pley-off mərhələsinə yazdırıb.
İstanbul nəhəngi növbəti raundda “Benfika” ilə qarşılaşacaq.