Çempionlar Liqasında gözlənilməz hadisə baş verdi, başqa himn səsləndi - VİDEO

Çempionlar Liqasında gözlənilməz hadisə baş verdi, başqa himn səsləndi - VİDEO

Çempionlar Liqasının əsas mərhələsinin VI turunda “Vilyarreal” “El Madrigal” stadionunda Danimarka təmsilçisi “Kopenhagen”i qəbul edərkən gözlənilməz hadisə baş verib.

Sportinfo.az xəbər verir ki, matçdan əvvəl oyunçular meydana daxil olduğu zaman ənənəvi Çempionlar Liqası himni əvəzinə səhvən UEFA Avropa Liqasının himni səsləndirilib.

Bu, tribunadakı azarkeşlərin kəskin reaksiyasına səbəb olub. Onlar bu qarışıqlığı fitə basıblar.

O anlar sosial şəbəkələrdə qısa müddətdə geniş müzakirələrə səbəb olaraq gündəmə çevrilib.

“Vilyarreal” - “Kopenhagen” matçı (2:3) ev sahiblərinin minimal hesablı məğlubiyyəti ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
11 Dekabr 18:10 Çək və bizə göndər!