Həftənin ən yaxşı oyunçusu bəlli oldu - Çempionlar Liqasında

Həftənin ən yaxşı oyunçusu bəlli oldu - Çempionlar Liqasında

Çempionlar Liqasında 6-cı turun oyunlarından sonra həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, “Arsenal” klubunun və İngiltərə millisinin cinah hücumçusu Noni Madueke həftənin ən yaxşı futbolçusu adına layiq görülüb.

“Brügge” ilə qarşılaşmada (3:0) dubl edən gənc ulduz səsvermədə Şarl de Ketelare (“Atalanta”), Oskar Qlux (“Ayaks”) və Jül Kundeni (“Barselona”) geridə qoymağı bacarıb.

Belçika təmsilçisi ilə görüşdə cərimə meydançası xaricindən möhtəşəm zərbə və başla vurduğu qollarla yadda qalan Madueke komandasının qələbəsində həlledici rol oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
11 Dekabr 18:10 Çək və bizə göndər!