Bakıda "Qarabağ"a 2 qol vurdu, həftənin ən yaxşısı adına namizəd oldu - NAMİZƏDLƏR

11 Dekabr 2025 11:00 Çempionlar Liqası 553
Bakıda "Qarabağ"a 2 qol vurdu, həftənin ən yaxşısı adına namizəd oldu - NAMİZƏDLƏR

Çempionlar Liqasında 6-cı turun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu ada “"Arsenal"dan Noni Madueke, "Barselona"dan Jül Kunde, "Ayaks"dan Oskar Qlux və "Atalanta"dan Şarl de Ketelare namizəddir.

Oskar Qlux ötən gün "Qarabağ"a Bakıda qalib gəldikləri (4:2) oyunda 2 qol vurub. O, matçın ən yaxşı oyunçusu da seçilmişdi.

Qalib UEFA-nın saytında keçirilən sorğuda müəyyənləşəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti