"Qolların necə vurulması mənim üçün önəmli deyil, əsas odur ki, təhlükə yarada bilək"

10 Dekabr 18:20 Çempionlar Liqası 123
"Qolların necə vurulması mənim üçün önəmli deyil, əsas odur ki, təhlükə yarada bilək"

“Bayern”in baş məşqçisi Vensan Kompani Çempionlar Liqasının 6-cı turunda Lissabon “Sportinq”i üzərində 3:1 hesablı qələbəni dəyərləndirib.

Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, belçikalı mütəxəssis oyunda epizodların həlledici rol oynadığını vurğulayıb:

“Çempionlar Liqasında matçların taleyini epizodlar həll edir. Qolların necə vurulması mənim üçün önəmli deyil, əsas odur ki, təhlükə yarada bilək.

Bu gün bunu bacardıq. Növbəti mərhələyə doğru daha bir addım atdıq. Addım-addım irəliləyirik”.

Qələbədən sonra Münhen klubu xalını 15-ə yüksəldib və Çempionlar Liqasının turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib.

Turnirin final matçı 30 may 2026-cı ildə, Budapeştdəki (Macarıstan) “Puşkaş Arena”da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
10 Dekabr 18:10 Çək və bizə göndər!
10 Dekabr 17:00 Bəxt yox, insaf yox…