"Ayaks" 6 aparıcı oyunçusunu "Qarabağ"la matça gətirmədi - FOTOLAR

9 Dekabr 2025 16:20 Çempionlar Liqası 887
"Ayaks" 6 aparıcı oyunçusunu "Qarabağ"la matça gətirmədi - FOTOLAR

"Ayaks" Çempionlar Liqasının 6-cı turunda “Qarabağ"la keçiriləcək oyuna ciddi itkilərlə çıxacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Niderland klubunun rəsmi saytı məlumat yayıb.

Amsterdam təmsilçisinin 6 futbolçusu sabahkı matçı buraxacaq. Kennet Teylor, Vout Veqhorst, Yosip Şutalo, Ceyms Makkonnell, Cerald Aalders və Stiven Berqhuis zədə səbəbindən Bakıya gətirilməyib.

Sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Ayaks" matç saat 21:45-də başlayacaq.

"Ayaks" "Qarabağ"la oyuna 6 itki ilə çıxacaq

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti