"Ayaks"ın qapıçısı Vitezslav Yaroş Çempionlar Liqası Liqa mərhələsinin 6-cı turunun "Qarabağ"la oyunundan danışıb.
Sportinfo.az xəbər verir ki, çexiyalı qolkiper yaxşı oyun sərgiləməyə çalışacaqlarını bildirib:
"Ayaks"da xoşbəxtəm. Komandamız yaxşıdır.
Hər şey gözəldir. Son iki oyunda gördünüz ki, inkişaf etmişik.
Şəxsən mən tərəfdən böyük inkişaf var. "Qarabağ"a qarşı yaxşı oyun sərgiləməyə çalışacağıq".
"Qarabağ" - "Ayaks" qarşılaşması bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.

