“İnter” – “Barselona” matçının hakimləri açıqlandı

4 May 20:25 Çempionlar Liqası 110
“İnter” – “Barselona” matçının hakimləri açıqlandı

Çempionlar Liqasının yarımfinal mərhələsinin “İnter” – “Barselona” cavab matçının hakim təyinatları açıqlanıb.

Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü Polşadan olan Simon Marçinyak idarə edəcək.

Ona həmyerliləri Tomas Listkieviç və Adam Kupsik köməklik göstərəcək. 4-cü hakim funksiyasını polşalı Pavel Raskovski yerinə yetirəcək.

Dennis Higler (Niderland) VAR, Pol Van Bokel (Niderland) isə AVAR hakimi olacaq.

Mayın 6-da keçiriləcək oyun saat 23:00-da başlayacaq. Komandalar arasında Barselonada keçirilən matçda 3:3 hesabı qeydə alınıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 May 11:30 Gəlin, TANIDAQ!