“Barselona” ev, “Atletiko” mərhələ adlayacaq? - Çempionlar Liqasında BU GÜN

16 Aprel 2024 15:40 Çempionlar Liqası 368
“Barselona” ev, “Atletiko” mərhələ adlayacaq? - Çempionlar Liqasında BU GÜN

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk iki cavab oyunu keçiriləcək.

Sportinfo.az xəbər verir ki,İspaniya klublarından “Barselona” ev, “Atletiko” isə səfər matçına çıxacaq.

Adıçəkilən komandalar ilk görüşlərində müvafiq olaraq PSJ və “Borussiya” (Dortmund) üzərində minimalhesablı qələbə qazanıblar. Bu cütlərin qalibləri yarımfinalda rəqib olacaqlar.

Mərhələnin digər iki oyunu aprelin 17-də keçiriləcək.

16 aprel

23:00. “Barselona” (İspaniya) – PSJ (Fransa)
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Barselona, “Olimpik Lyuis Kompanis” stadionu.
İlk oyun – 3:2.

23:00. “Borussiya” (Dortmund, Almaniya) – “Atletiko” (İspaniya)
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Dortmund, “Siqnal İduna Park” stadionu.
İlk oyun – 1:2.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!