
Çempionlar Liqasında yarımfinalın cavab oyunlarına start verilib.
Sportinfo.az xəbər verir ki, ilk gündə bir matç baş tutub.
Finalın ilk iştirakçısı Milanda müəyyənləşib.
“İnter” səfərdə heç-heçə etdiyi “Barselona”nı qəbul edib. Cavab görüşündə də 3:3 hesabı qeydə alınıb.
Əlavə vaxtda daha bir qol vuran “İnter” həlledici oyuna vəsiqə qazanıb.
Mayın 7-də keçiriləcək digər yarımfinal oyununda PSJ və “Arsenal” üz-üzə gələcək.
“İnter” (İtaliya) – “Barselona” (İspaniya) 4:3
Qollar: L.Martines, 21. H.Çalhanoğlu, 45+1-pen. F.Açerbi, 90+3. D.Frattezi, 99 – E.Qarsiya, 54. D.Olmo, 60. Rafinya, 88.
İlk oyun – 3:3.