"Xüsusi bir şey tələb etməycəyik, şansımızı əldən verməyi düşünmürük"

4 May 2021 18:20 Çempionlar Liqası 429
"Xüsusi bir şey tələb etməycəyik, şansımızı əldən verməyi düşünmürük"

"Mançester Siti"nin baş məşçqisi Pep Qvardiola bu gün Çempionlar Liqasının yarımfinalında PSJ ilə evdə keçirəcəkləri cavab matçı öncəsi fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, 49 yaşlı mütəxəssis deyib:

"Öz oyunumuzu oynamaq istəyirik və şanslarımızı əldən verməyi düşünmürük. Hər şeyin yaxşı olacağını hiss edirəm.

Futbolçular bunun böyük bir mübarizə olacağını, çətinlik çəkəcəyimizi başa düşməlidirlər. Amma əminəm ki, özümüzü göstərə biləcəyik. Onlar edə biləcəklərini gözlərində canlandırmalıdırlar.

Etməli olduğumuz şey son 7 aydakılardan fərqli deyil. Oraya gedin, oyununuzu oynayın və qalib gəlin. Xüsusi bir şey tələb etməycəyik. Premyer Liqada da bu səviyyədə çətin matçlar keçirmişik".

Sözügedən qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq. Komandalar arasında Parisdəki ilk oyun "şəhərlilər"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"