Azərbaycan yığmasının üzvü dünya çempionatında 1/8 finala vəsiqə qazandı

28 Oktyabr 2021 00:00 Boks 592
Azərbaycan yığmasının üzvü dünya çempionatında 1/8 finala vəsiqə qazandı

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında mübarizəyə başlayıb.

Sportinfo.az xəbər verir ki, 86 kq-da çıxış edən Alfonso Dominges 1/16 finalda AIBA bayrağı altında yarışan Tavfiqulla Suleymani ilə qarşılaşıb.

İlk raundda rəqibini 2 dəfə noqdauna salan Kuba əsilli idmançı yekunda 5:0 hesablı qələbə qazanaraq 1/8 finala yüksəlib.

Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı bu raundda rumıniyalı Pol Andrey Aradoae ilə üz-üzə gələcək.

Иunadək Azərbaycan boksçularından Məsud Yusifzadə (51 kq) və Malik Həsənov (63,5 kq) ilk görüşlərini qələbə ilə başa vurublar. Ümid Rüstəmov (57 kq) və Rauf Rəhimov (92 kq) isə uduzaraq yarışla vidalaşıblar.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var