Cənubi Azərbaycan klubunun Çempionlar Liqasındakı rəqibləri müəyyənləşdi

17 Avqust 2025 02:30 Bizimkilər 491
Cənubi Azərbaycan klubunun Çempionlar Liqasındakı rəqibləri müəyyənləşdi

Asiya Çempionlar Liqası Elit turnirinin püşkatma mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, qitənin əsas klub yarışında ilk dəfə iştirak edəcək Təbriz "Traktor"unun da rəqibləri məlum olub.

Qərb zonasında yer alan İran çempionu "Əl-Sədd" (Qətər), "Əl-Şorta" (İraq), "Əl-Duhail" (Qətər), "Əl-Vahda" (BƏƏ), "Şabab Əl-Əhli" (BƏƏ), "Nasaf" (Özbəkistan), "Şarca" (BƏƏ) və "Əl-Ğarafa" (Qətər) ilə qarşılaşacaq.

Yarış sentyabrın 15-də start götürəcək. Asiya Çempionlar Liqası Elit turnirində 24 komanda iki zonaya - qərb və şərqə bölünüb.

Komandalar vahid turnir sistemində mübarizə aparır. Hər komanda səkkiz oyun keçirəcək. Nəticədə qərb və şərq zonalarında ilk səkkizliyə düşən komandalar 1/8 finala yüksələcək.

Bu mərhələdə də klublar yalnız öz zonalarının təmsilçiləri ilə qarşılaşacaqlar. Yalnız 1/4 finaldan etibarən qərb və şərq zonaları birləşəcək.

1/4 final, yarımfinal və final oyunları 17–25 aprel tarixlərində Səudiyyə Ərəbistanında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM