"Rəhbərlik mənə bildirdi ki, özümə yeni klub tapmalıyam"

15 Avqust 2025 11:20 Bizimkilər 2 488
"Rəhbərlik mənə bildirdi ki, özümə yeni klub tapmalıyam"

Azərbaycan millisinin futbolçusu Emil Mustafayevin yeni mövsümə hansı komandada başlayacağı hələ ki bəlli deyil.

Lakin onun yeni mövsümdə "Polessye"də qalmayacağı dəqiqləşib.

Məxsus olduğu klubun düşərgəsində yer almayan Mustafayev özünə yeni komanda axtarır.

Sportinfo.az xəbər verir ki, apasport.az-a açıqlama verən 23 yaşlı gənc yeni mövsümlə bağlı fikirlərini bölüşüb.

O, mövsümün toplanışına "Polessye"də başladığını deyib:

"Lakin sonradan rəhbərlik mənə bildirdi ki, özümə yeni klub tapmalıyam. Hazırda bir neçə komandadan təklif almışam və danışıqlar davam edir.

Bütün təklifləri nəzərdən keçirirəm, amma hələlik konkret qərar yoxdur. Gözləmə mövqeyindəyəm, necə olacağını görəcəyik".

Yarımmüdafiəçinin "Polessye" ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, 2024/2025 mövsümündə qış fasiləsindən sonra "Çernomorets"də icarə əsasında çıxış etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM