Rüfət Abdullazadənin debütu yenə baş tutmadı

12 Avqust 2025 03:10 Bizimkilər 719
Rüfət Abdullazadənin debütu yenə baş tutmadı

Xorvatiya çempionatında ikinci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, həmyerlimiz Rüfət Abdullazadənin formasını geydiyi “Varazdin” səfərdə “Slaven Belupo”nun qonağı olub.

24 yaşlı yarımmüdafiəçinin adı matçın iştirak ərizəsinə daxil edilsə də, onun yeni klubunda rəsmi debütu yenə baş tutmayıb. Rüfət matçı əvvəldən sona kimi ehtiyat oyunçular skamyasından izləyib.

Onun yoxluğunda komandası 1:3 hesabı ilə uduzub.

2 turdan sonra 1 xalı olan “Varazdin” 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.

Abdullazadənin komandası üçüncü turda öz meydanında “Osiyek”i qəbul edəcək. Avqustun 17-də keçiriləcək həmin görüş Bakı vaxtı ilə 20:45-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM