“Bu qədər macəralardan sonra nəhayət...” - Millimizin legioneri

12 Avqust 2025 02:20 Bizimkilər 572
“Bu qədər macəralardan sonra nəhayət...” - Millimizin legioneri

"Volendam"da uğurlu debüt edən Azərbaycan millinin üzvü Ozan Can Kökçü fikirlərini bölüşüb.

Sportinfo.az "NH Nieuws"a istinadən xəbər verir ki, Erediviziyanın açılış turunda "Heerenven"lə qarşılaşmada (1:1) komandasının bərabərlik qolunu vuran 26 yaşlı vinger deyib:

"Əlbəttə, qoluma görə çox şadam. Xoş hisslərim var.

Bu qədər macəralardan sonra nəhayət Erediviziyada oynayıram. Bir xal qazanmağımız xüsusilə xoşdur.

Baxmayaraq ki, bir az şanslı olsaydıq, qalib gələ bilərdik. Amma oyuna bütövlükdə nəzər salsaq, etiraf etməliyik ki, "Heerenven"in də yaxşı imkanları var idi".

Ozan Can Kökçü bu ilin may ayında "Volendam"la 1+1 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM