Yığmamızın müdafiəçisi Cənubi Koreyada şad oldu

11 Avqust 2025 03:50 Bizimkilər 631
Yığmamızın müdafiəçisi Cənubi Koreyada şad oldu

Cənubi Koreya çempionatında 25-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” öz meydanında “Suvon”u qəbul edib.

Krivotsyuk da bu qarşılaşmanın iştirakçısı olub. O, görüşə start heyətdə çıxıb və sona qədər meydanda olub.

Matç “Daejeon”un əzmkar qələbəsi ilə yekunlaşıb. Krivotsyukun komandası ilk hissədən sonra hesabda geri olsa da, 76 və 83-cü dəqiqələrdə vurduğu qollarla 3:2 hesablı qələbə qazanıb.

25 turdan sonra aktivində 42 xal olan “Daejeon” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM