Mahir qol vurmadı, “sarı” aldı, əvəzləndi, "Şalke"ni uddular

10 Avqust 2025 01:00 Bizimkilər 1 883
Mahir qol vurmadı, “sarı” aldı, əvəzləndi, "Şalke"ni uddular

Azərbaycan millisinin hücumçusu Mahir Emreli "Kayzerslautern"in heyətində ikinci rəsmi oyuna çıxıb.

Sportinfo.az xəbər verir ki, onun komandası II Bundesliqada yeni mövsümün ikinci oyununda öz meydanında "Şalke"ni qəbul edib.

Mahir Emreli qarşılaşmaya start heyətdə çıxıb. Millimizin hücumçusu 72-ci dəqiqədə Naatan Skitta ilə əvəzlənib. Emreli 52-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Matç "Kayzerslautern"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 55-ci dəqiqədə penaltidən Marlon Ritter vurub.

Bununla da "Kayzerslautern" yeni mövsümdə ilk qələbəsini qazanıb. Komanda hazırda 3 xalla turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM