UEFA AFFA-nın menecerini Albaniyaya istiqamətləndirdi

9 Avqust 2025 11:20 Bizimkilər 450
UEFA AFFA-nın menecerini Albaniyaya istiqamətləndirdi

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 14-də keçiriləcək “Eqnatiya” (Albaniya) – “Olimpiya” (Sloveniya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Albaniyanın Rroqojine şəhərində yerləşən “Eqnatia” stadionda baş tutacaq.

"Eqnatiya"nın heyətində Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev də çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!